Yəmən üsyançılarının (husilər) Qırmızı dənizdə ticarət gəmilərinə hücumları nəticəsində Süveyş kanalı ilə daşınan yüklərin həcmi 42 faiz azalıb.
Musavat.com xəbər verir ki, Bunu BMT-nin rəhbəri Antonio Quterreş Baş Assambleyanın 78-ci sessiyasının plenar iclasında dünya təşkilatının 2024-cü ildə fəaliyyətinin prioritetləri haqqında məruzə ilə çıxış edərkən deyib.
Baş katib həmçinin qeyd edib ki, suyun səviyyəsi aşağı olduğundan kanaldan keçən yüklərin həcmi daha 36 faiz azalıb.
"Səbəbin münaqişə və ya iqlim olmasının fərqi yoxdur. Nəticə eynidir: beynəlxalq təchizat zəncirlərinin pozulması və əlavə xərclər".
Musavat.com