Süveyş kanalında iki tanker toqquşub

Sıxılmış təbii qaz daşıyan iki tanker Süveyş kanalında toqquşub.

Musavat.com xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) gəmi izləmə xidməti olan Marine Traffic-in məlumat yayıb.

Süveyş kanalında toqquşan tankerlərdən biri Kayman adalarından gələn "Barri", digər Sinqapur bayrağı altında üzən "BW Lesmes" gəmiləridir.

Musavat.com

 

23.08.2023 12:21
382