Şüvəlanda yanğın başlayıb

Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində açıq ərazidə məişət tullantıları yanır.

Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) bildirilib.

Məlumatla əlaqədar FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

02.10.2022 16:19
600