Şuşaya giriş məhdudlaşdırılır? - RƏSMİ

Bu gün bir sıra yerli KİV orqanlarında 31 dekabr-2 yanvar tarixləri arasında Şuşa şəhərinə giriş-çıxışa məhdudiyyətlərin qoyulması ilə bağlı həqiqətə uyğun olmayan məlumatlar yer alıb.

Azərbaycan Respublikası Prezidentinin Şuşa Rayonunda xüsusi nümayəndələyindən Musavat.com-a bildirilib ki, Şuşa şəhərinə giriş-çıxış hər zaman olduğu kimi müvafiq prosedur qaydalarına uyğun olaraq həyata keçirilir və heç bir məhdudiyyət qoyulmayıb.

Musavat.com

20.12.2023 15:20
7084