Şuşaya gedənlərə XƏBƏRDARLIQ

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Şuşa şəhəri istiqamətində hərəkət edən sürücülərə müraciət edib.

Musavat.com xəbər verir ki, müraciətdə deyilir:

“Qarlı və şaxtalı hava şəraitində Şuşaya hərəkət edən sürücülərə alternativ olaraq Füzuli-Qırmızıbazar-Şuşakənd-Şuşa avtomobil yolundan istifadə etməyə üstünlük vermələri tövsiyə olunur”.

19.12.2024 09:11
651