Şuşada TDT-yə üzv və müşahidəçi ölkələrin iştirakı ilə biznes forum keçiriləcək

Bu il sentyabrın 16-da Şuşada Qarabağ Biznes Forumu keçiriləcək.

Bu barədə Musavat.com  Türk Dövlətləri Təşkilatının (TDT) tviter səhifəsinə istinadən xəbər verir.

“Sentyabrın 16-da Azərbaycanın Şuşa şəhərində Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələrin iş adamlarının iştirakı ilə Qarabağ Biznes Forumu baş tutacaq”, - paylaşımda bildirilib.

24.08.2022 14:35
374