Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 31-də Ramana qəsəbəsinin Şuşa şəhərciyindəki evlərin birindən 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən ev sahibəsinin qohumu - Yevlax rayon sakini N.İmamquliyev saxlanılıb.
Faktla bağlı araşdırmalara başlanılıb.