“Şuşa kart” istifadəyə verildi

Şuşada ictimai nəqliyyatda gediş-gəlişə imkan verən "Şuşa kart" istifadəyə verilib.

Musavat.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Şuşa sakini Kərim Kərimli öz sosial şəbəkə hesabında yazıb.

O, artıq bu kart vasitəsilə şəhərdaxili sərnişin avtobusundan istifadə etdiyini qeyd edib: "Şuşa kart" şəhərə daimi yaşamaq üçün köçən vətəndaşlara verilib. Bu gündən etibarən Qarabağın tarixində ilk dəfə olaraq Şuşada şəhərdaxili sərnişin avtobusunda kartdan istifadə etməyə başlayırıq".

01.09.2024 16:35
1094