Sabah axşam başlayacaq "Survivor 2023"-ün maraqla gözlənilən ilk treyleri yayımlanıb.
Musavat.com xəbər verir ki, 3 fərqli komandanın mübarizə aparacağı yarışmanın ilk treylerində Acun Ilıcalının görüntüləri gündəm olub.
Şəxsi təyyarəsindən düşən Ilıcalı yaşıl idman maşınına minərək rəqiblərin yanına gedir.
13,5 milyon izləyicisi olan İnstaqram hesabında yarışma ilə bağlı bütün təfərrüatları paylaşan Acun Ilıcalının bu görüntüləri sosial mediada geniş müzakirələrə yol açıb.
Musavat.com