Sürücülərin nəzərinə! - Xəbərdarlıq edildi

Dumanla əlaqədar magistral yollarda görmə məsafəsi məhdudlaşacaq.

Bu barədə Musavat.com-a Milli Hidrometeorologiya Xidmətindən bildirilib.

Fevralın 12-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq avtomobil magistral yollarında görünüş məsafəsinin 500-1000 m-dək məhdudlaşacağı ehtimalı var.

11.02.2024 17:48
401