Sürücülərin narazılığına səbəb olan qoşa xətt problemi: Həllini tapmaq üzrədir... - VİDEO

Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 1 250 mənzillik binanın sakinləri yolda çəkilən qoşa xətdən şikayətçidirlər.

Onlar bildiriblər ki, qoşa xətti tapdalamamaq üçün binaya girəndə və çıxanda əlavə 300-400 metr məsafə qət etmək məcburiyyətində qalırlar:

“Əvvəl qoşa xəttə məhəl qoymadan hərəkət etmək mümkün idi. Təxminən 10 gün olar ki, kamera qoyulub və qoşa xətti tapdalayanlar cərimələnirlər”.

Sakinlər iddia ediblər ki, illər əvvəl burada qırıq xətt var idi, sürücülər rahat hərəkət edə bilirdilər. Yol təmir olunduqdan sonra əraziyə qoşa xətt çəkilib.

Yerüstü Nəqliyyat Agentliyindən mövzu ilə bağlı bildirilib ki, qurumun əməkdaşları əraziyə baxış keçiriblər:

“Qoşa bütöv xətt nişanının biri bütöv, biri qırıq-qırıq olmaqla qoşa ağ xətt nişanı ilə əvəzlənməsi qərara alınıb. Yaxın günlərdə işlərə başlanacaq, binanın həyətinə giriş təmin ediləcək”.

Ətraflı “Xəzər Xəbər”in süjetində:

29.01.2024 03:36
1671