Sumqayıtdan Bakıya gələn sürücülər çətinliklə üzləşiblər.
Oxu.Az-ın əməkdaşının verdiyi məlumata görə, Baş Dövlət Yol Polisi İdarəsinin Yol Patrul Xidməti Alayının 1-ci tağımının nəzarətində olan stosionar postu (Saray postu) yaxınlığındakı yol bağlanıb və avtomobillər Saray qəsəbəsi istiqamətinə yönləndiriliblər.
Bu səbəbdən yolda sıxlıq yaranıb.