Sürücülərə XƏBƏRDARLIQ: dekabrın 11-də...

Dağlıq və dağətəyi rayonların magistral yollarında görmə məsafəsi məhdudlaşacaq.

Musavat.com-un xəbərinə görə, bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

Dekabrın 11-də əsasən gecə və səhər saatlarında dağlıq və dağətəyi rayonlarda dumanlı hava şəraiti ilə əlaqədar olaraq görünüş məsafəsinin 200-700 m-dək məhdudlaşacağı ehtimal olunur.

10.12.2023 13:49
17068