Sürücülərə VACİB XƏBƏR - Bu cərimələr ARTIRILMAYIB

“Bəzi media resurslarında İnzibati Xətalar Məcəlləsinin 342-ci maddəsinin 7-ci hissəsində mövcud standartlara uyğun olmayan sözlərinin çıxarılaraq İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə əlavə olunmasını düzgün formada tirajlamayıblar”.

Bunu Referans.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polis İdarəsinin rəsmisi mayor Araz Əsgərli bildirib.

O qeyd edib ki, standartlara uyğun olmayan nömrələr üçün cərimələr artırılmayıb: “Onlar 40 manatlıq cəriməsi müəyyən edilmiş İnzibati Xətalar Məcəlləsinin 342.1.3-cü maddəsinə keçirilib. 342.7-ci maddədə isə cərimə məbləği 60 manatdan 100 manata artırılmaqla həmin hissədə yalnız saxta nömrələrlə avtomobil idarə edən şəxslər üçün sanksiyalar müəyyən olunub”.

19.07.2023 14:47
1068