Sürücü məsuliyyətsizliyi zəncirvari qəzaya səbəb oldu- Fotolar

Bu gün saat 10:15 radələrində “Azərbaycan Dəmir Yolları” QSC-yə (ADY) məxsus yük qatarı “Əhmədli” stansiyasının dalan yolunda manevr edərkən dəmiryol xəttinə yaxın məsafədə qanunsuz park edilmiş 99-FJ-595 dövlət nömrə nişanlı avtomobillə toqquşub. 

Bu barədə ADY məlumat yayıb. 

Hadisədən sonra həmin avtomobil qatara ilişib və yaxınlıqda dayanmış digər yeddi maşına çırpılıb.

Məlumata görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

“ADY bir daha nəqliyyat vasitələri sürücülərinin diqqətinə çatdırır ki, dəmiryol xətlərinə yaxın parkinq edərkən ən azı 3 metr məsafə saxlanılmalıdır”, - deyə məlumatda qeyd olunub.

23.01.2024 12:36
546