Suriyada baş vermiş zəlzələdən sonra ən azı 20 məhbus saxlandıqları həbsxanadan qaçıb.
APA xəbər verir ki, bu barədə “France24“ məlumat yayıb.
“Suriyada baş vermiş dəhşətli zəlzələdən sonra ölkənin şimal-qərbindəki həbsxanada məhbuslar qiyam edib və ən azı 20 nəfər qaçıb. Qaçanların arasında əsasən İŞİD terror qruplaşmasının üzvlərinin olduğu bildirilir.
Qeyd olunub ki, Suriya-Türkiyə sərhədi yaxınlığındakı Raco şəhərindəki həbsxanasında 2000-ə yaxın məhbus saxlanılır, onlardan 1300-ü İŞİD döyüşçüsü olmaqda şübhəli bilinir.