Suriyada Türkiyə PUA-sını vuran qırıcı bu ölkədən HAVAYA QALXIB

Suriya üzərində Türkiyə PUA-sını vuran ABŞ qırıcısı İordaniyadan havaya qalxıb.

Musavat.com “TRT Haberə istinadən xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

"Təyyarə İordaniyadan havaya qalxıb", - deyə mənbə bildirib.

Belə ki, nazirlik ABŞ təyyarəsinin Türkiyədəki "İncirlikaviabazasından havaya qalxa biləcəyi ilə bağlı daha əvvəl mediada yer alan iddiaları təkzib edib.

"Qırıcının "İncirlik"dən havaya qalxması fərziyyədir. Bundan söhbət gedə bilməz", - deyə Müdafiə Nazirliyi əlavə edib.

Qeyd edək ki, oktyabrın 5-də Pentaqonun mətbuat katibi Patrik Rayder bildirib ki, ABŞ "F-16" qırıcısı Suriya səmasında Türkiyəyə məxsus pilotsuz təyyarəni vurub.

Musavat.com

12.10.2023 13:50
1761