Suriyada qanlı DÖYÜŞLƏR: Hər iki tərəfdən bu qədər insan ÖLÜB - VİDEO

Əsəd tərəfdarları ilə Suriya ordusu arasında gedən döyüşlərdə hər iki tərəfdən 70-dən çox adam ölüb.

Musavat.com xəbər verir ki, bu barədə Suriya İnsan Haqları Müşahidə Qrupu (SOHR) məlumat yayıb.

Məlumatda bildirilir ki, döyüşlər zamanı onlarla insan yaralanıb və ya əsir götürülüb.

Latakiya polis rəisi Qətərin "Əl-Cəzirə" telekanalına bildirib ki, Suriya ordusu Latakiyaya nəzarəti ələ keçirərək Əsəd tərəfdarlarını bölgədə sıxışdırıb.

 

Musavat.com

07.03.2025 14:56
787