Suriya və İsrail təhlükəsizlik danışıqlarında irəliləyiş əldə edib

Suriya Prezidenti Əhməd aş-Şaraə bildirib ki, Suriya ilə İsrail arasında təhlükəsizlik məsələləri üzrə danışıqlarda əhəmiyyətli irəliləyiş əldə olunub.

Musavat.com xəbər verir ki, Əhməd aş-Şaraə deyib: “Biz ikitərəfli razılaşmalara doğru irəliləyiş əldə etmişik. Hazırda müzakirə olunan razılaşma təhlükəsizlik və stabilliyi təmin etmək məqsədi daşıyır”. 

Əhməd aş-Şaraə həmçinin vurğulayıb ki, tərəflər regionda gərginliyin azaldılması və qarşılıqlı etimadın bərpası üçün əməkdaşlığı davam etdirəcəklər.

 

Musavat.com

25.08.2025 04:07
473