Suriyanın keçid hökuməti silahlı birləşmələrin fəallığının artması ilə əlaqədar İraqla sərhəd bölgələrdə təhlükəsizliyi gücləndirmək üçün tədbirlər görüb.
Musavat.com xəbər verir ki, məlumatı Suriya televiziyası yayıb. Bildirilir ki, Dəməşqdən göndərilən əlavə hərbi qüvvələr keçid məntəqəsinin yerləşdiyi Bukamal şəhərinə gəlib.Onlara Deyr əz-Zor əyalətində şərq sərhədinin bir neçə sahəsinə nəzarəti bərpa etmək tapşırılıb. Xüsusi təyinatlıların sayı barədə məlumat verilmir.
Bundan əvvəl Dohada Qətər əmiri Şeyx Təmim bin Həməd Al Taninin vasitəçiliyi ilə İraqın baş naziri Məhəmməd əl-Sudani və Suriyanın keçid dövrü prezidenti Əhməd əl-Şara arasında danışıqlar aparılıb. İNA agentliyinin verdiyi məlumata görə, əl-Sudani Suriyanın yeni administrasiyasının rəhbərini silahlıları sərhədyanı rayonlarda fəaliyyət göstərən “İslam Dövləti” (İD) ekstremist təşkilatına qarşı təsirli tədbirlər görməyə çağırıb.
Musavat.com