Suriya Baş nazirinin bacısı zəlzələdə ölüb

Suriyanın Baş naziri Hüseyn Arnusun bacısı Nəsub Arnus ölkənin Həma şəhərində baş verən zəlzələ nəticəsində ölüb.

“Report” xəbər verir ki, bu barədə yerli “Əl-Vətən” qəzeti yazıb.

Bildirilib ki, o, yaşadığı evin uçması nəticəsində ölüb.

Qeyd edək ki, bu gecə Suriyada güclü zəlzələ baş verib. Hadisə nəticəsində 427 nəfər ölüb.

06.02.2023 14:49
588