Surinam prezidenti və San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Azərbaycana gəlib

Noyabrın 10-da Surinam Respublikasının Prezidenti Çandrikapersad Santoki BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov, ölkəmizin Surinamdakı səfiri Rəşad Novruz və digər rəsmi şəxslər qarşılayıblar.

Bundan başqa, San-Tome və Prinsipi Demokratik Respublikasının Baş naziri Patris Emeri Trovoada BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək məqsədilə Azərbaycan Respublikasına səfərə gəlib.

Heydər Əliyev Beynəlxalq Aeroportunda qonağı Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov və digər rəsmi şəxslər qarşılayıblar./Report

10.11.2024 07:52
474