Sürətinin saatda 90 kilometr olduğunu deyən sürücüyə elektron qaydada cərimə tətbiq edildiyi bildirilir.
Hadisə paytaxda yaşayan Siyəzən rayon Sakini Elnur Aslanovun başına gəlib.
Sürücü iddia edib ki, ”99-HL-216”' dövlət qeydiyyat nişanlı avtomobili ilə Mərdəkan şossesində hərəkətdə olarkən yoldakı sürətə uyğun olaraq 90-la gedirmiş. Amma ona bir neçə dəqiqədən sonra radara düşməsi barədə “sms” gəlib və 250 AZN cərimə edildiyi bildirib.
Sürücü deyib ki, o video görüntülərdə də sürətin 154 yox, hətta 90-dan aşağı olduğu görünür.
Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, qeyd olunan məsələ araşdırılacaq.
Daha ətraflı: