Şəxsiyyət yönümlü avtoritar sistemlərdə hakimiyyətdə olan birinci şəxs elitalara qarşı şübhəli paranoid “xarakter” inkişaf etdirir.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bu sözlər yerli politoloq Suren Surenyantsın Nikol Paşinyanla bağlı yazısında əks olunub.
“Müxalifətlə “haqq-hesab çürüdəndən” sonra o, öz aralarında düşmən axtarmaq kimi “məsuliyyətli vəzifəyə” keçir.
Məsələn, İraq diktatoru Səddam Hüseyn 1995-ci ildə “daxili düşmənləri” cəzalandırmaq məqsədi daşıyan “Fədayin Səddam” təşkilatını yaratdı.
Qısaca deyim: Paşinyan artıq bu mərhələyə çatıb”,-deyə Surenyant qeyd edib.
Musavat.com