Ermənistan müdafiə naziri Suren Papikyan Fransaya səfər edib.
Musavat.com xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, fransalı həmkarı Sebastyan Lekornünün dəvəti ilə Papikyan oktyabrın 22-də Fransaya gedib.
Fransanın müdafiə naziri Sebastyan Lekornü “Le Parisien” saytına müsahibəsində bildirib ki, oktyabrın 22-də Paris və İrəvan Fransa silahlarının, xüsusən də hava hücumundan müdafiə sistemlərinin verilməsinə dair sazişi rəsmiləşdirəcək.