Ermənistanın müdafiə naziri Suren Papikyan Brüsselə işgüzar səfərdədir.
Musavat.com xəbər verir ki o, səfər çərçivəsində NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Komandanlığında olub.
Ermənistan mətbuatında dərc edilən məlumata görə, qarşılanma mərasimindən sonra o, görüşə qatılıb.
Qeyd edək ki, tədbirdə NATO-nun Avropadakı Müttəfiq Komandanlığının rəhbərliyi, NATO-ya üzv ölkələrin hərbi nümayəndələri və tərəfdaşlar iştirak ediblər.
Musavat.com