Suraxanıda yaşayış binasında YANĞIN - Bir nəfər öldü

Suraxanıda yaşayış binasında yanğın olub, bir nəfər yanaraq ölüb.

Bu baradə Musavat.com-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, doqquzmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45 m² olan 2 otaqlı mənzilin 1 otağının yanar konstruksiyaları 12 m² sahədə yanıb. Yanğın yerinin kəşfiyyatı zamanı 1 nəfərin yanmış meyiti aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

22.10.2025 14:05
425