Suraxanıda məzarlar dağıdılır - FOTOLAR

Suraxanı rayonunda qəbiristanlıqlardan birində məzarlar dağıdılır.

Musavat.com-a daxil olan məlumata görə, rus qəbiristanlığında qəbir daşları dağıdılır, metal hasarlar və xaçlar sökülür.

Məzarların kim yaxud kimlər tərəfindən dağıdıldığı bilinmir. Ehtimal olunur ki, bunu edənlər narkotik vasitə istifadəçiləridir.

Nigar HƏSƏNLİ,
Musavat.com

27.03.2023 17:07
738