Suqovuşan su anbarının təmir xərci açıqlanıb

Suqovuşan su anbarının təmir xərci açıqlanıb.

Musavat.com xəbər verir ki, Tikilməkdə olan Meliorasiya və İrriqasiya Obyektlərinin Birləşmiş Müdiriyyəti Suqovuşan su anbarının 5.2 km uzunluğunda magistral kanalla birlikdə təmiri və bərpası ilə bağlı tender keçirib. Tenderin qalibi “Körpü – Bina – Tikinti” MMC seçilib.

Qeyd edək ki, müqavilənin dəyəri 12 milyon 261,39 min manatdır.

Müqaviləyə əsasən, su anbarında təmir-bərpa işləri 2023-cü ilin sonuna kimi yekunlaşdırılmalıdır.

12.10.2022 14:02
2386