Süni intellektin köməyi ilə 162 min virus növü aşkar edildi

Avstraliya və Çin alimlərinin birgə işi nəticəsində süni intellekt texnologiyası ilə təxminən 162 min yeni virus növü aşkar edilib.

Sidney Universitetinin internet saytında verilən açıqlamaya görə, Sidney Universiteti və Çin Milli Təbiət Elmləri Fondu da daxil olmaqla bir çox institutun tədqiqatçıları, süni üsullarla genetik materialı RNT (ribonuklein turşusu) olan 161 min 979 yeni virus növü aşkar ediblər.

Süni intellektlə dərin öyrənmə alqoritminin yaradıldığı araşdırmada elm adamları virusları kəşf etmək üçün 47 min 250 nukleotidə qədər uzanan virus genomları kimi genetik ardıcıllıq məlumatlarını hesablamaq üçün “LucaProt” adlı dərin öyrənmə alqoritmi yaradıblar.

Tədqiqatçılar aşkarlanan virusların əksəriyyətinin məlumatlarının mövcud verilənlər bazalarında olduğunu və bu məlumatların süni intellekt texnologiyasından istifadə edilərək təşkil edildiyini və kateqoriyalara bölündüyünü bildiriblər.//Lent.az

13.10.2024 00:34
314