“Apple” şirkəti “iPhone”da əsas süni intellekt xüsusiyyətlərini aktivləşdiriləcəyini açıqlayıb.
Lent.az-ın “Bloomberg“ə istinadən məlumatına görə, bu o deməkdir ki, internetdə və ya bulud serverlərinə giriş tələb olunmur.
Bu yanaşma süni intellektlə daha məxfi qarşılıqlı əlaqəni təmin edəcək. Çünki bütün məlumatlar cihazda lokal olaraq saxlanılacaq. Lakin ola bilər ki, “iPhone”da yeni qabaqcıl AI imkanları görünə bilər ki, bu da artıq məlumatı emal etmək üçün xarici serverə qoşulma tələb edəcək.
Yeni süni intellekt funksiyaları, “Google Gemini” və ya digər alətlərin imkanlarına əsaslanacaq. Bundan əlavə, süni intellekt dəstəyi gələcəkdə şirkətin digər cihazlarına da genişləndiriləcək.
Qeyd edək ki, “Apple” cihazları iOS 17 əməliyyat sistemi ilə bəzi süni intellekt funksiyalarını alır. Generativ süni intellektlə bağlı gələcək funksiyalar haqqında daha çox məlumat iyunun 10-da keçiriləcək Ümumdünya Tərtibatçılar Konfransında (WWDC) açıqlanacaq.