Sumqayıtın bir hissəsinin qaz təchizatında fasilə yarandı

Sumqayıt şəhəri, Qurd dərəsi massivində təmir-quraşdırma işləri ilə əlaqədar bu gün 11:20-dən etibarən qaz təchizatı dayandırılıb.

Bu barədə Musavat.com-a Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

Bildirilib ki, qaz təchizatı dayandırılan müddətdə Qurd dərəsi qəsəbəsində və 52-ci məhəllənin bir hissəsində istehlakçıların qaz təchizatında müvəqqəti fasilə yaranıb.

04.04.2025 16:44
797