Sumqayıtda içməli suyun verilişi dayandırılacaq.
Musavat.com xəbər verir ki, magistral 450 mm içməli su xəttində baş vermiş qəza ilə əlaqədar olaraq, noyabrın 4-ü saat 09:00-dan 19:00-dək içməli su ilə təchizat məhdudlaşdırılacaq.
Fasilə yaranacaq ünvanlar bunlardır:
48, 50 və 51-ci məhəllələr, 16, 17 (5 mərtəbələr), 18, 20-ci mikrorayonlar, eləcə də 21-ci mikrorayonun və Corat qəsəbəsinin bir hissəsi.