Sumqayıtda zavodda zəhərlənənlər tibbi yardımdan sonra evə buraxılıb

Sumqayıt Tibb Mərkəzinin nəzdində olan 1 nömrəli Şəhər Xəstəxanasına 10.07.2024-cü il tarixində saat 17:10 radələrindən başlayaraq 53 nəfər (48-i kişi cinsli, 5-i qadın cinsli olmaqla) müraciət edib. Bu barədə Musavat.com-a STM-in sözçüsü Ramil Zeynallı məlumat verib. 

Qida zəhərlənməsi diaqnozu təyin edilən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, hamısı ambulator müalicə üçün evə buraxılıb.

Musavat.com

11.07.2024 12:54
578