Sumqayıtda yaşayış binasında YANĞIN

Sumqayıt şəhərində yanğın olub.

Musavat.com FHN-ə istinadən xəbər verir ki, bir dam altında tikilən ümumi sahəsi 300 m² olan birmərtəbəli kommunal tipli yaşayış binasında sahəsi 40 m² olan 2 otaqlı mənzilin bir otağının tavanı, ev əşyaları və dam örtüyünün taxta atmaları 20 m² sahədə yanıb.

Yüksək temperaturdan 1 ədəd kondisioner qismən əriyib.

Mənzilin qalan hissəsi və bitişik olan mənzillər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

16.01.2025 16:21
2720