Sumqayıtda silah-sursat aşkarlandı

Sumqayıt şəhərində silah-sursat aşkar olunub.

Musavat.com-un məlumatına görə, hadisə şəhərin Corat qəsəbəsində və Bulvar ərazisində qeydə alınıb.

Hər iki ərazidən ümumilikdə 2 ədəd “AKM” markalı “Kalaşnikov” avtomatı və 1 ədəd patron darağı aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

27.02.2025 09:30
286