Sumqayıtda qonşular arasında dava intihara cəhdlə bitib

Sumqayıt şəhərində qonuşalar arasında dava intihara cəhdlə bitib.

“Report”un yerli bürosu məlumat verir ki, hadisə şəhərin 42-ci məhəlləsində baş verib.

Belə ki, Sumqayıt şəhər sakinləri, 1980-cı il təvəllüdlü Ağamalıyeva Tünzalə Piriş qızı ilə qonşusu, 1980-cı il təvəllüdlü Bayramova Aytəkin Mayıl qızı arasına münaqişə baş verib.

Nəticədə Ağamalıyeva Tünzalə əsəbiləşib və yaşadıqları yataqxananın dəhlizində qolunu şüşə parçası ilə kəsərək intihara cəhd edib.

Yaralı dərhal xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.

05.11.2023 14:02
946