Sumqayıtda QƏZA: Sərnişin avtobusları toqquşdu

Sumqayıt şəhərinin Koroğlu prospektində iki avtobusun iştirakı ilə yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com Oxu.az-a istinadən xəbər verir ki, 7 və 522 nömrəli marşrut xətti üzrə hərəkət edən sərnişin avtobusları toqquşub.

Hadisə nəticəsində xəsarət alanların olmadığı bildirilir.

Polis əməkdaşları hazırda hadisə yerindədirlər.

09.02.2025 12:38
418