Sumqayıtda qadını aldadıb 50 min manatını aldı

Sumqayıtda qadına qarşı külli miqdarda dələduzluq edilib.

Daxili İşlər Nazirliyindən verilən xəbərə görə, şəhər sakini olan bir qadının dələduzluq yolu ilə 50000 manat pulu əlindən alınıb.

Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri tədbirlərlə hadisəni törətməkdə şübhəli bilinən A.Xasi müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

30.07.2024 18:53
899