Sumqayıtda külli miqdarda dələduzluq olub.
Daxili İşlər Nazirliyindən Musavat.com-a verilən xəbərə görə, Sumqayıt şəhər Polis İdarəsinin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə şəhər sakini olan bir nəfərin 17000 manat vəsaitini dələduzluq yolu ilə öz hesabına ödətdirməkdə şübhəli bilinən 36 yaşlı qadın müəyyən olunaraq saxlanılıb.
Araşdırma aparılır.