Sumqayıtda qadın 5 yaşlı qızın sırğasını oğurlayıb

Sumqayıtda 5 yaşlı qızın qızıl sırğası oğurlanıb.

DİN-dən Musavat.com-a verilən məlumata görə, Sumqayıt ŞPİ-nin 3-cü Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində oktyabrın 5-də 6-cı mikrorayon ərazisində 5 yaşlı qızın qızıl sırğasını soyğunçuluq yolu ilə talamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər oğurluğa görə məhkum olunmuş Mətanət Səlimzadə müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

 

07.10.2022 11:29
673