Sumqayıtda "Lexus" aşdı: Sürücü ÖLDÜ

Sumqayıt şəhərində baş verən yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən sürücünün kimliyi məlum olub.

Baş Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, Sumqayıt şəhəri Səməd Vurğun küçəsində "Lexus" markalı avtomobilin yolun kənarına aşması nəticəsində həyatını itirən 1991-ci il təvəllüdlü Elşad Məhəmmədəli oğlu Musayevdir.

Faktla bağlı Sumqayıt Şəhər Polis İdarəsində araşdırma aparılır.

12.08.2024 10:26
923