Sumqayıtda fevralda vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib

Sumqayıt Tibb Mərkəzi (STM) tərəfindən bu ilin fevral ayında vətəndaşlara 465 minə yaxın tibbi xidmət göstərilib.

Mərkəzdən AZƏRTAC-a bildirilib ki, STM-nin tabeliyində olan tibb müəssisələrinə fevral ayında əhaliyə 464 min 769 tibbi xidmət göstərilib. Bu xidmətlərdən 348 min 237-si ambulator, 116 min 532-si isə stasionardır.

Qeyd edək ki, tibb müəssisəsinə müraciət edən hər bir ölkə vətəndaşı icbari tibbi sığortanın Xidmətlər Zərfinə daxil olan tibbi xidmətlərdən ödənişsiz istifadə edə bilər.

15.03.2024 16:11
634