Sumqayıtda DƏHŞƏTLİ partlayışın baş verdiyi ərazidən SON DƏQİQƏ FOTOLARI, VİDEO

Xəbər verildiyi kimi, Sumqayıt şəhəri, 8-ci mikrorayon, Koroğlu küçəsində, beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində yerləşən mənzildə partlayış baş verib.

Partlayış baş vermiş mənzilə baxış keçirilərkən 1958-ci il təvəllüdlü Truxin Sergey Valentinoviçin meyiti aşkar edilib.

"Mənzildə aşkar edilmiş döyüş tətbiqinə yararlı 3 ədəd 23 mm-lik mərmi Xüsusi Riskli Xilasetmə Xidmətinin minalardan təmizləmə üzrə çevik qrupunun mütəxəssisləri tərəfindən zərərsizləşdirilməsi üçün götürülərək kənarlaşdırılıb. Mənzildə yanğın hadisəsi qeydə alınmayıb.Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır", - deyə FHN-in məlumatında qeyd edilib.

Hadisənin baş verdiyi əraziyə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar. Faktla bağlı araşdırma aparılır.

Musavat.com partlayışın baş verdiyi ərazidən fotoları və video təqdim edir.

Şahanə Rəhimli
Musavat.com

16.08.2024 13:56
2129