Sumqayıtda avtomobil piyadanı vurub öldürdü

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Musavat.com-un APA-ya istinadən məlumatına görə, qəza Bakı-Quba avtomobil yolunun Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsindən keçən hissəsində qeydə alınıb.

Belə ki, avtomobil yolunu keçmək istəyən piyada, 1970-ci il təvəllüdlü Aslanova Xanım Yadulla qızını “Opel” markalı avtomobil vurub. 50 yaşlı qadın aldığı xəsarətlərdən dünyasını dəyişib.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

21.08.2022 19:56
438