Sumqayıtda avtomobil gənc oğlanı vuraraq ağır xəsarət yetirib

Sumqayıt şəhərində xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, yolu keçən 2000-ci il təvəllüdlü Musayev Ramin Akif oğlunu avtomobil vurub.

Yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona müştərək travma və qapalı fəqərə sutununun travması diaqnozu qoyulub.

Fakt araşdırılır.

12.08.2024 08:00
302