Sumqayıtda ağır qəza - TIR avtomobillə toqquşdu - Fotolar

Sumqayıtda TIR Ford markalı maşınla toqquşub.

Musavat.com xəbər verir ki, hadisə Azertexnolayn Polad Boru Zavodunun qarşısında baş verib. Qəzaya səbəb Ford sürücüsünün stop əməlinə düzgün əməl etməməsi olub.

Nəticədə TIR sürücüsü Ford maşınına çırpılıb. Ölən və xəsarət alan yoxdur.

Şahanə Rəhimli
Musavat.com

20.12.2024 17:48
512