Sumqayıtda 74 yaşlı qadının meyiti aşkarlanıb.
“Report”un yerli bürosu xəbər verir ki, hadisə şəhərin 4-cü mikrorayonunda qeydə alınıb.
1950-ci il təvəllüdlü Tamilə Məhəmmədrahim qızı Qılıçovanın meyiti yaşadığı ünvanda aşkarlanıb.
Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.