Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlandı

Sumqayıtda 43 yaşlı kişinin meyiti aşkarlanıb.

Hadisə 76-cı məhəllədə yerləşən yeni tikililərin birində qeydə alınıb.

Meyiti aşkarlanan şəxs 1981-ci il təvəllüdlü Beyrək Telman oğlu Zeynalovdur.

Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda araşdırma aparılır.\\report.az

20.01.2025 23:26
373