Sumqayıtda 3 yataqxana söküləcək, əraziləri abadlaşdırılacaq

Sumqayıt şəhərinin 29-cu məhəlləsində 1 nömrəli, Kimyaçılar yaşayış massivində 3 nömrəli və 2-ci mikrorayonunda 13 nömrəli yataqxana binaları söküləcək.

Musavat.com report-a istinadən xəbər verir ki, bu barədə Sumqayıt Şəhər İcra hakimiyyəti məlumat yayıb.

Məlumata görə, söküntü işləri başa çatdıqdan sonra ərazilər abadlaşdırılacaq, ümumilikdə 59 eldar şamı ağacı əkiləcək.

24.10.2023 18:42
1882